| MİO 2008 Azərbaycan dilində hazırlanmış, internet dəstəksiz virtual intellektual oyundur. |
| | | MIO 2008, M i l l i İ n t e l l e k t u a l O y u n u : Nəzərinizə çatdırmaq istərdim ki, MİO 2008 Azərbaycan dilində hazırlanmış virtual intellektual oyundur. Oyunda mövcud kateqoriyalar altında 1000'ə yaxın sual, internetdən, jurnallardan, kitab və intellektual klublardan toplanılaraq oyuna yerləşdirilmişdir. Bu məqsədlə oyundakı suallara görə layihə rəhbəri heç bir məsuliyyət daşımır. Əvvəlki versiyalardan fərqli olaraq yanlış hesab edilmiş suallar qeydə alınarsa, həmin suallar toplanılaraq yeni sual bazası olaraq layihənin rəsmi veb səhifəsinə yerləşdirilir. Yəni artıq oyuna məxsus sual bazasını internetdən yeniləmə imkanınız var. İnternetdə sual bazasının yeniləndiyindən xəbərdar olmaq üçün layihənin rəsmi veb saytını sıx-sıx ziyarət etməlisiniz. Eyni zamanda yenilənmə ilə əlaqəli elan oyun daxilinə də yerləşdiriləcəkdir. Bu elanı görmək üçün internetinizin aktiv olması lazımdır. Suallar bir neçə mərhələdən keçərək yoxlanılsa da müəyyən yanlışlıqlar nəticəsində bəzi kiçik xətalar qaçılmazdır. Layihə hər yeni versiyasında olduğu kimi, bu versiyasında da müəyyən qədər sadələşdirilmişdir. Məqsəd internet və kompyuter istifadəçilərinin boş vaxtlarını səmərəli keçirməsi üçün müəyyən qədər köməklik göstərməkdir. Hazırda 2 kömək haqqı mövcuddur ki, bunlardan biri suala məxsus 1 yanlış cavabı müəyyən edir və oyun üzrə 2 dəfə istifadə edilə bilər, digəri isə mövcud sualı dəyişdirərək başqa sualı ekranda göstərir. Eyni zamanda oyuna düşünmə zamanı da əlavə edilmişdir ki, bunu istəyə görə aktiv və ya passiv edə bilər və hər sual üçün istəyə görə saniyə limiti seçə bilərsiniz. Suallar müəyyən qədər çətinləşdirilməklə yanaşı əvvəlki versiyadakı suallar da artıq istifadə edilməməkdədir. Hər oyun üçün sizə 15 sual verilir, hər sualın 4 variantı olur və onlardan biri doğru cavab hesab edilir. Yanlış cavab seçildiyi təqdirdə oyun dayandırılır və yeni oyun seçməyiniz lazım gəlir. Eyni zamanda əlavə edilmiş daha bir özəllik var ki, oyunu bağlamadıqca qarşılaşdığınız suallar təkrarlanmamaqdadır. Yəni oyun pəncəsi bağlanmadıqca bütün suallar qurtarana qədər qarşılaşdığınız suallar bir daha qarşınıza çıxmaz. Gündəlik oyun üçün məhdudiyyət qoyulmamışdır. İstifadə edilmiş suallar əsasən asanlığına görə 3 mərhələyə bölünüb. 1, 6 və 11-ci sual hər mərhələnin ilk sualı hesab edilir və hər mərhələdə suallar bir qədər çətinləşir. davaminda yukleye bilersiniz |
|
Davamı...
Yazılar cəmi: 1
|
|
BU BLOG TEHSILLE BAGLIDIR 55 sayli orta mekteb haqqinda ve daha basqa
Zauri.azeriblog.com eylence dolu bir dost sayt
- İndi blogda: 5
- Keçən ayın hiti: 1156
- Dünənki hit: 16
- Bugünki hit: 15
- Ümumi hit: 6505
qısa-testlər
| | Uğur və ya uğursuzluq? Çox tanış bir situasiyanı yadınıza salın - kimsə öz bəxtindən şikayət edir. Doğrudan da, bəzən bizə elə gəlir ki, həyatda heç bir şey özümüzdən asılı deyil. Biz qismətimizdən, talemizdən giley-güzar edir, elə düşünürük ki, "uğur qazanmaq üçün adamın gərək bəxti olsun".
Lakin inanın ki, bu heç də düşündüyünüz kimi deyil. Çox şey öz əlinizdədir.
Hər bir insanın daxili "anteni" var. Bu "anten", yalnız onun özündən asılı olaraq, uğura və ya, əksinə, uğursuzluğa köklənir. Uğura motivasiya hər bir insana öz gücünə inam verir. Şübhəsiz ki, belə insanlar, qəti qərarlar qəbul edə bilir, çətin vəziyyətdə özünü itirmir və istədiklərinə asanlıqla nail ola bilirlər.
Öz uğurlarına inanmayan insanlar isə, əksinə, hər bir işdə tərəddüd edir, digərlərin gözündə də etibarsız görünür və bununla da hər hansı başladığı bir işdə müvəffəqiyyət qazanmaq şanslarını sıfra endirirlər.
Məhz bunun üçün aşağıda təqdim etdiyimiz materialı diqqətlə oxuyub, məsləhətlərimizdən faydalana bilərsiniz. |
maraqlı məlumat
| Əlbəttə, hər bir insan yaxşı başa düşür ki, düzgün peşə yönümü, yəni professional istiqamətlənmə, istənilən işdə yüksək nəticələr qazanıb, beləliklə də həyatda öz yerini tutmaq üçün həlledici rol oynayır. Lakin bəzən bir çox insan ürəyinə yatmayan, meyli olmayan və ya qabiliyyəti çatmayan peşə seçib, həmin işlə məşğul olduqda istədiyi nəticələr əldə edə bilmir.
Belə insanlar, öz peşə yönümünü müəyyənləşdirə bilməyib, həyat boyu bunun neqativ nəticəsini hiss edirlər.
Təbiət bizim hər birimizə bu və ya digər dərəcədə individual keyfiyyətlər bəxş edib. Həmin keyfiyyətlərlə bağlı olaraq, bəziləri insanlara xidmət göstərməyi, bəziləri texnika ilə işləməyi sevir, kimsə zehni, kimsə fiziki işlə məşğul olmağa üstünlük verir, digərləri isə şəkil çəkməyi və ya heyvanlara qulluq etməyi xoşlayır və s.
Məsələn, siz rəsmə çox böyük həvəs göstərir və bu işdə gözəgörünən uğurlar əldə edə bilirsiniz. Lakin müəyyən səbəblərə görə həmin istedadı özünüzdə inkişaf etdirmir, əvəzində isə təbiətinizə zidd olan bir peşə seçirsiniz – məsələn, baytarlıq və s. İnanın ki, təsadüfi seçdiyiniz bu sahədə heç vaxt önəmli uğurlar əldə etməyib, layiqli yer tuta bilməyəcəksiniz - əksinə, kiminsə yerini tutmuş olacaqsınız.
Lakin əgər dərk etsəniz ki, həmin qabiliyyəti özünüzdə inkişaf etdirməlisiniz və bunu dərk edib düzgün peşə yönümü alsanız, kim bilir - bəlkə də, dünyaşöhrətli tanınmış rəssam olacaqsınız.
Beləliklə, hər bir insan, ən əsası, nəyə meylli və qadir olduğunu aşkar edib, özündə həmin keyfiyyətləri inkişaf etdirməlidir.
Diqqətinizə təqdim etdiyimiz testlər bu işdə sizə kömək edir, beləliklə də, gələcək ixtisasınızı seçməkdə, özünüzə ən münasib, ən optimal olan peşə yönümünü müəyyənləşdirməkdə yardımçı olacaq. |
|