Tələbə qəbulunun yeni qaydaları təsdiqlənib Bu ildən abituriyentlər ali və orta ixtisas məktəblərinə elektron yolla ərizə verə biləcəklər
Davamı...
"Orta məktəblərdə şagirdlərin sayı ildən-ilə azalır" Təhsil naziri Misir Mərdanov: «Biz şagirdlərə ümumi orta təhsil vermirik, ali məktəblərə qəbul üçün robot hazırlayırıq» - Bu il məktəbi nə qədər şagird bitirib?
- Əvvəla, mən bir məsələni qeyd etmək istəyirəm. Bu gün iyun ayının biridir. Bütün dünyada Uşaqların Hüquqlarını Müdafiə Günü kimi bayram edilir. Fürsətdən istifadə edib ANS-in ekranlarından bütün uşaqlarımızı bu münasibətlə təbrik edirəm. Onu da qeyd edim ki, bu gün ikinci bir tarixi hadisə baş verdi. Azərbaycan tarixində ilk dəfə olaraq Uşaq Parlamentinin ilk iclası keçirildi. Statistik rəqəmlərə gəldikdə isə, bu il ölkəmizin ümumtəhsil məktəblərinin 11-ci siniflərini 120 min 81 uşaq bitirəcək. 9-cu sinifləri isə 160 min 614 nəfər. Birinci siniflərə 120 min 300 uşağın gələcəyi gözlənilir. Ali məktəblərə qəbul planı təxminən 20 mindir. Ali məktəbi bitirənlərin də sayı təxminən bu qədərdir, 19 min 355 nəfərdir. Texnikumları 12 min 777 nəfər bitirəcək, təxminən bu qədər də qəbul planıdır. Peşə təhsili məktəblərini 14 min 882 nəfər bitirəcək, 15 min 470 nəfər isə peşə məktəblərinə qəbul planı nəzərdə tutulub. Bu, statistik rəqəmlərdir. Onu da deyim ki, son on ildə orta məktəblərin 1-ci sinfinə qəbul olunmada ciddi azalma gedir.
- Bu, nə ilə bağlıdır?
- Bu, mənə belə gəlir ki, ilk növbədə Qarabağ müharibəsi ilə bağlıdır. Müəyyən illərdə doğulma az olub. Bir də ola bilər ki, miqrasiya ilə, Azərbaycandan gedənlərin sayı ilə bağlı olsun. Əsasən bu iki səbəbdən orta məktəb şagirdlərinin sayı xeyli azalıb.
- Sizin dediyinizdən aydın oldu ki, orta məktəbi qurtaranlardan yalnız hər altı nəfərdən biri instituta ümid edə bilər. Həm də altı nəfərdən biri də texnikumlara qəbul ola bilər. Bəs qalanları neyləyirlər?
- Oğlan uşaqlarının əksəriyyətinin əsgərlik yaşı tamamlanır, əsgərliyə gedir. Qız uşaqları isə oxumaq istəyində olanlar növbəti ilə hazırlaşırlar. Digərləri isə özlərinə bir iş tapırlar.
- Belə bir monitorinq keçirilibmi ki, birinci il ali məktəbdən kəsilənlərin ikinci il qəbul olmaq şansı nə qədərdir?
- Əlbəttə, getdikcə azalır. Belə bir araşdırma aparmışıq. Birinci il məktəbə qəbul olmadınsa, sonra getdikcə məsələ çətinləşir. Çünki biliklər də itirilir. Eyni zamanda, Rusiyaya, digər MDB ölkələrinə təhsil almağa gedənlər də var. indi Azərbaycandan kənarda dörd min nəfər ali təhsil almaqda davam edir.
- Peşə məktəblərində vəziyyət necədir? Bu sahədə bir müddət əvvəl vəziyyət bərbad idi. İndi vəziyyət dəyişib?
- Ümumiyyətlə bizdə təhsildə iki pillənin problemləri daha çoxdur. Məktəbəqədər tərbiyə müəssisələrinin və peşə təhsili müəssisələrinin. Məktəbəqədər təhsil müəssisələri, yəni bağçalarla bağlı prezident tərəfindən iki addım atıldı. Bir tərəfdən 14 faizə qədər bağçalar özəlləşdirilməyə çıxarıldı. Mən bunu müsbət hal hesab edirəm. Digər tərəfdən də məktəbəqədər təhsil müəssisələrinin inkişaf proqramı təsdiq olundu. Artıq yeni uşaq bağçalarının tikilməsi, mövcud uşaq bağçalarının əsaslı təmir olunması, kadr təminatı, dərs vəsaitləri və sair məsələlərə gələn ilin büdcəsindən müəyyən vəsait ayrılacaq. Peşə təhsilinə gəldikdə isə, burada vəziyyət daha çətindir. Biz həmişə etiraf etmişik ki, son otuz il ərzində texniki peşə məktəblərində heç bir müasir avadanlıqlar alınmır. Yeni dərsliklər çap olunmur. Köhnə dərsliklərdən, avdanlıqlardan istifadə çox çətindir. Ancaq peşə təhsili bitirən adamların heç biri işsiz qalmır. Məsələn, dünyanın inkişaf etməkdə olan ölkələrində ümumi orta təhsil müəssisələrini bitirənlərin təxminən 40-60 faizi peşə təhsili almağa gedir. Azərbaycanda isə mənim sadaladığım və sadalamadığım səbəblərdən orta məktəbi bitirənlərin 4-6 faizi peşə təhsili almağa gedirlər. Mənə belə gəlir ki, bizim tərtib və təqdim etdiyimiz, dəfələrlə üzərində işlənmiş «Peşə təhsilinin inkişafı proqramı» artıq tam hazırdır. Biz gözləyirik ki, bu ayın axırına qədər prezident tərəfindən təsdiq olunacaq. Əgər o proqram təsdiq olunarsa, proqramın aparılmasına bir sıra beynəlxalq təşkilatlar uğurla kömək etməyə hazırdırlar. Mənə belə gəlir ki, biz qısa zaman ərzində Azərbaycanda peşə təhsilinin inkişafına nail ola biləcəyik.
- Tədris ili başa çatıb. Bu il məktəbi bitirən məzunlar hələ ali məktəbə daxil olmaq üçün imtahan verməsələr də, monitorinqlərə əsasən onalırn bilik səviyyəsini qiymətləndirmək olar. Onların bilik səviyyəsi barədə nə deyə bilərsiniz? Məzunların bilik səviyyəsi qənaətbəxş haldadır?
- Əlbəttə, 120 min məzunun hamısının bilik səviyyəsinin qənaətbəxş olduğunu demək olmaz. Biz bu məsələyə son illər çox ciddi fikir veririk. Biz Azərbaycanda yeni qiymətləndirmə sistemi tətbiq etmək üçün addımlar atırıq. Keçən il İmişli rayonunda və Bakının Xətai rayonunda orta məktəbi bitirən şagirdlərdən buraxılış imtahanlarını mərkəzləşmiş qaydada test üsulu ilə götürdük. Nəticələr o qədər də ürəkaçan olmadı. Çoxlu sayda şagirdlər attestat ala bilmədi. Ancaq attestat alanların ali məktəblərə qəbul faizi əvvəlki ilə nisbətən xeyli yüksək oldu. Valideynlərin də, şagirdlərin də, müəllimlərin də məsüliyyəti xeyli artdı. Ona görə biz bu coğrafiyanı genişləndirdik. Yəni, bu il Sumqayıtın bütün məktəblərində buraxılış imtahanları mərkəzləşmiş qaydada aparılacaq. Bakının Xətai və Səbail rayonlarında bu işə gedirik. Təhsil Nazirliyi ilə bağlı olan 12 məktəbdə bu işə gedirik. Yəni, bu il sözügedən məsələyə daha ciddi yanaşırıq. Mən gözləyirəm ki, bu ilin nəticələrinin monitorinqini keçirəndən sonra biz gələn il çalışacağıq ki, Bakı, Gəncə, Sumqayıtda və bir neçə rayonlarda bütün məktəblərdə mərkəzləşmiş test üsulu ilə imtahanları keçirək. Bu, son yenilik deyil. Başqa bir yenilik də etmişik. Digər rayonlarda da məktəblərdə buraxılış sinfində oxuyan şagirdlərin sayı ondan aşağı olan məktəblərdə buraxılış imtahanları keçirilməyəcək. O məktəbin şagirdləri qonşu məktəblərdə, daha böyük məktəblərdə gedib imtahan verəcəklər. Bununla biz yenə də məsuliyyəti artırmaq məqsədi güdürük. Mənə belə gəlir ki, hər halda, müsbət dəyişiklik olacaq.
- Elə məktəblər var ki, orada sonuncu sinif şagirləri, hətta onuncu sinif şagirdləri də dərsə demək olar ki, gəlmirlər. Onlar ancaq repetitorlarla əvvəlcədən seçdikləri ixtisas üzrə hazırlaşırlar. Belə məsələlərdən sizin xəbəriniz var?
- Əlbəttə var. biz hətta son günlər Bakının bir neçə orta məktəbində xəbər vermədən reydlər keçirmişik. «Azərbaycan müəllimi» qəzetində olduğu kimi siniflərin şəklini vermişik. Sizin dediyiniz, hətta demədiyiniz faktları aşkarlamışıq. Çox təəssüf ki, onuncu, onbirinci şagirdlər dərslərə gəlmirlər. Vaildeynlər də buna tərəfdardırlar, şərait yaradırlar. Beləliklə, biz o adamlara ümumi orta təhsil vermirik, ali məktəblərə qəbul üçün onları robot kimi hazırlayırıq. Bu, bizim təhsilimizə vurulan ağır zərbələrdən biridir. Repetororluğun geniş yayılması təhsilin inkişafına mənfi təsir göstərir. Araşdırma göstərir ki, repetitor vasitəsilə ali məktəbə qəbul olan şagirdlər sonrada yüksək nəticə göstərə bilmirlər. Bu, bizim ən ciddi problemimizdir. Bunun da səbəbi var. Səbəblərindən biri odur ki, biz ümumi orta təhsilin keyfiyyətini millətin, xalqın tələbat səviyyəsində qura bilməmişik. Ali məktəblərə qəbul imtahanı aparanlar ümumi orta təhsilin səviyyəsini deyil, təəssüf ki, yalnız ali məktəbə qəbul barədə düşünürlər. Mən bunu çox mənfi hal hesab edirəm. Bizim ümumi işimiz millətin təhsil səviyyəsini qaldırmaqdan ibarətdir. Mən bu məsələni Təhsil Qanununun müzakirəsi zamanı da söyləmişəm. Biz millətimizə gərəkli olan adamlar hazırlamalıyıq.
- İndi ali məktəblərə imtahanlar zamanı bir neçə qruplar var. Humanitar qrup, texniki qrup var. Olmaz ki, şagird hansı qrupdan ali məktəbə imtahan verəcəksə, həmin qrup üzrə buraxılış imtahanı versin?
- Olar. Onda gərək atestatların fərqli olması qanuna düşsün. Yəni, fərqli, dərəcəli attestatlar verilməlidir. Dərəcəli attestatlara uyğun olaraq ali məktəblərə uşaqlar daxil olmalıdırlar. Biz hələ ona keçə bilmirik.
- Mərkəzləşmiş şəkildə buraxılış imtahanları bu il ümumilikdə neçə məktəbdə keçiriləcək?
- Sumqayıtın bütün məktəblərində, Xətai rayonunun, Səbail rayonunun bütün məktəblərində, İmişli rayonunun bütün məktəblərində və Təhsil Nazirliyinə birbaşa bağlı olan 12 məktəbdə belə imtahanlar keçiriləcək. Ümumilikdə təxminən yüzdən çox məktəbdə keçiriləcək. Təxminən beş minə yaxın uşaq imtahandan keçəcək. Neçəsi qiymət alacaq, onu hələ bilmirik. Kim bu imtahanlardan müsbət qiymət almasa, ona attestat verilməyəcək.
- Pis nəticə göstərən məktəbləri nə gözləyir?
- Əlbəttə, ciddi tədbirlər gözləyir. Hətta sınaqlardan pis keçən məktəblər haqqında biz vaxtında tədbirlər görmüşük. Bəzilərinin direktorlarını cəzalandırmışıq, direktorları vəzifədən azad etmişik. Müəllimlər haqqında inzibati tədbirlər görmüşük. Bu imtahanın nəticəsinə görə onları daha ciddi tədbir gözləyir.
- Belə məlumatlar var ki, bu imtahanlardan pis çıxan məktəblər bağlana da bilər.
- Bu gün məktəbin bağlanmağından söhbət gedə bilməz. Biz digər tədbirlər görəcəyik. Çünki orta təhsil icbaridir. Məktəbi biz bağlaya bilmərik. Biz məktəb tikirik.
- Tam rüşvətsiz təhsil sistemi bizdə nə vaxt olacaq?
- Mənə belə gəlir ki, o zaman olacaq ki, müəllimlərin əməkhaqqı qaldırılacaq. Çox qaldırılacaq. Həmçinin biz məsələ ilə bağlı tədbirlərimizi mütəmadi olaraq davam etdirəcəyik.
- Müəllimlərin orta aylıq əmək haqqı sizcə, nə qədər olsa, normaldır? Yəni, əməkhaqqı nə qədər olsa, onlardan dərs tələb etmək olar?
- Hər ilin özünün tələbi var. Məsələn, dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində bir müəllimə orta hesabla 20 şagird düşür. Azərbaycanda isə 9-10 şagird düşür. Demək, müəllimlərin sayı iki dəfə artıb. Müəllimlərin sayının iki dəfə artıq olması dərs yükünün iki dəfə az olmasına gətirib çıxarır. Müəllimlərlə söhbət etmişəm, onlar həftədə 24 saat dərsi yaxşı keçə bilər. bu müəllim 24 saata görə ayda 200-250 manat maaş ala bilər. Bu, heç də pis əməkhaqqı deyil. Biz bir ilin, iki ilin içində bu rəqəmə gəlib çata bilmərik. Çünki başqa müəllimləri işdən çıxarmaq qeyri-mümkündür. Təsəffür edin ki, ölkədə bir tərəfdən şagirdlərin sayı azalır, digər tərəfdən, müəllimlərin sayı artır. Biz keyfiyyətli dərs deyən müəllimlə digər müəllimi fərqləndirməliyik. Ancaq təəssüf ki, hələlik bu məsələyə ciddi riayət olunmur. Biz keyfiyyətli dərs verə bilməyən müəllimlərlə müxtəlif tədbirlər vasitəsilə qurtarmağa çalışmalıyıq.
Çox adam hafizəsindən şikayət edir və Makedoniyalı İskəndər kimi güclü yaddaşa malik olmağı arzulayır. Deyilənlərə görə, İskəndər bütün əsgərlərinin adını əzbərdən bilirdi. Loqarifmlər cədvəlini əzbərdən yadda saxlayan akademik Landaunun da hafizəsinə qibtə etmək olar.
Lakin həsəd aparmaq lazım deyil - hər şey öz əlinizdədir. Soruşacaqsınız ki, məgər hafizəni bu dərəcədə inkişaf etdirmək mümkündürmü? Bəli, mümkündür. Alimlər sübut edir ki, insanın beyni ən xırda detalları belə yadda saxlamağa qadirdir. Bütün bu informasiyanı sonradan bərpa etmək üçün yalnız inad və mütəmadi məşqlər tələb olunur.
Hər insanın individual yadda saxlama stili var, yəni hər birimiz informasiyanı unutmamaq üçün müxtəlif üsullardan və fəndlərdən istifadə edirik. Yəqin ki, sənin də təcrübəndə hər hansı bir məlumatı yadda saxlamağa kömək edən metodlar mövcuddur. Əgər yox, onda təqdim etdiyimiz material məhz sənin üçündür.
Təklif etdiyimiz məşqlər müxtəlif hafizə növlərinin inkişafına yönəldilir və kifayət qədər sadədir.
Onların sırasından özünə daha münasib olanı seç və hafizəni gücləndir.
Göz yaddaşı Göz, insanın informasiya aldığı ən əsas kanallardan biridir. İnformasiya insanın göz hafizəsində həkk olunur. Təbii ki, göz yaddaşı müxtəlif insanlarda müxtəlif dərəcədə inkişaf edib - kimidə çox, kimidə az.
Məsələn, güclü göz yaddaşına malik olan adamlar bir-iki dəfə baxmaqla hər hansı bir riyazi və ya fizika cədvəli, kimya reaksiyasının formulunu asanlıqla yadda saxlaya bilirlər. Dərs materialını mənimsəmək üçün isə belə insanlara bir neçə dəfə onu oxumaq kifayətdir.
İstəyirsən, sənin də belə yaddaşın olsun? Onda təklif etdiyimiz məşqlərə başla! Onların vasitəsilə, istənilən fənlər üzrə, o cumlədən qəbul imtahanlarına, daha yaxşı, daha effektiv hazırlaşa biləcəksən.
Birinci məşq - "Obrazın yadda saxlanılması" - üç pillədən ibarətdir. Bəzən hər hansı bir obrazı müəyyən müddətdə yadda saxlamaq və yada salmaqda çətinlik çəkirik.
1. Buna görə zehnini hər hansı bir informasiyadan "tam boşaldıb", 3-10 dəqiqə ərzində istənilən predmetə bax. (diqqətini onun mərkəzi nöqtəsində cəmləşdirib çalış ki, obyekti bütövlükdə görəsən və ya onun müəyyən hissəsini baxış əhatəsinə alasan). Sonra gözünü 3-4 dəqiqəliyə bağlayıb gördüyün obrazı mümkün qədər canlı və dəqiq təxəyyülündə bərpa etməyə çalış. Yaxşı olar ki, canlandırdığın obrazın özü də rəngli olsun. Məşğələ ərzində bunu 5-10 dəfə təkrarla və hər zaman xəyali obrazı onun orijinalı ilə müqayisə et. Hər yeni cəhd digərlərindən fərqlənməlidir, yəni hər dəfə məşqi dəyişik tərzdə yerinə yetirməyə çalış. Əsas məqsəd - istənilən vaxt gerçəklikdə gördüyün obrazı təxəyyülündə "təkrarlamaq" və "silmək"dir.
Eni zamanda bəzi insanlar lazımsız informasiyanı yaddan çıxartmaqda da müəyyən dərəcədə çətinlik çəkir. Lazımsız informasiya, yaddaşı "zibilləyərək" yeni materialın mənimsənilməsinə mane olur. Məhz buna görə yadda saxlama vərdişlərilə parallel şəkildə yaddaşdan gərəksiz informasiyanı silmək bacarığını da inkişaf etdirmək lazımdır.
2. İlk növbədə, hər hansı bir əşyanı seç. 3-5 saniyə ərzində (nəfəsini çəkərək) onu ən xırda detallarda yadda saxlamağa çalış. Sonra, gözlərini bağlayıb, 3-5 saniyə ərzində həmin əşyanı təxəyyülündə təkrarla ((nəfəsini saxlayaraq). İndi isə nəfəsini yavaş-yavaş burax və beynindəki obrazı "uzaqlara atmağa" çalış. Bu məşqi bir neçə dəqiqə ərzində təkrarla. Hər 3-5 cəhddən sonra obrazın xəyali təsviri üsulunu dəyiş, yavaş-yavaş daha mürəkkəb obrazlara keç, yadda saxlama müddətini artır və ya azalt və s. Bütün bunların vasitəsilə yaddaşını sürətlə inkişaf etdirə biləcəksən.
3. Gözübağlı vəziyyətdə obrazı canlandırmağı öyrənəndən sonra növbəti məşğələyə keç. Məsələn, rahat pozada divanda əyləş - özünü tam sərbəst hiss etməlisən. Ətrafına nəzər sal - ürəyinə yatan hər hansı bir obyekti seç. Məsələn, masanın üstündəki qlobusu. Ona diqqətlə 5 dəqiqə ərzində bax - çalış ən xırda detalları belə nəzərindən qaçırmayasan. İndi isə gözlərini yumub, ona bir daha təxəyyülündə "bax". Sonra əvvəlcədən hazırladığın təmiz ağ vərəqə baxıb, həmin obrazı ekranda olduğu kimi kağızın üzərində "görməyə" çalış.
Konkret əşyaların "canlandırılmasını" öyrənəndən sonra, daha mürəkkəb obrazlara - şəkil, təbrik kartı və s. keçmək olar.
Hər məşğələdən əvvəl gözlərini bağla və təxəyyülündə lazımi obrazı canlandırıb, onu ən xırda detalları ilə təkrarla. Həmin metod vasitəsilə intellektual və fiziki məşğələlərin effektivliyini 2-3 dəfə artırmaq olar Kibritlə məşğələ Xahiş elə, bir nəfər kibritləri stolun üstündə düzüb ağ kağızla örtsün. Sonra kağızı 1-2 saniyəlik qaldırıb, kibritlərdən alınan fiquru sənə göstərsin. Həmin fiqura baxıb, gözlərini bağla və kibritləri saymağa çalış. Sonra gözünü aç və əvvəlcədən hazırladığın digər kibritlərdən yadda saxladığın fiquru eyni gördüyün kimi bərpa etməyə çalış. Kibritlərin sayını və düzdüyün fiquru orijinalla müqayisə et. Əgər yaddaşında asanlıqla 10-a qədər kibrit saxlaya bilirsənsə, bu yaxşı nəticədir.
Müşahidəçilik qabiliyyətini və göz yaddaşını inkişaf etdir Bu məşq vasitəsilə gördüklərini daha dərindən dərk edəcəksən və beləliklə, öyrənmək istədiyin materialı dəqiqliklə yadda saxlaya biləcəksən.
İstənilən əşyanı (və ya bir neçəsini) masanın üstünə qoy (məsələn, yazı ləvazimatlarını, divardakı şəkili, uşaq oyuncaqlarını, jurnaldakı illüstrasiyanı və s.). Bir dəqiqə ərzində diqqətlə həmin əşyalara bax. Çalış mümkün qədər çox detal yadında qalsın - əşyaların forması, rəngi, dizaynı, modeli və s. Əşyaya xas olan elementlərin miqdarını dərk elə və təxəyyülündə onların siyahısını tut. Sonra həmin əşyanı stolun üstündən götürüb yerini dəyiş. Bir daha köhnə yerə baxaraq, həmin əşyanı əvvəlki kimi təsəvvür etməyə çalış.
Bundan sonra gözünün önünə gətirdiyin əşyanın elementlərini kağız üzərində sadala və hazırladığın siyahını orijinalla müqayisə et.
Hər məşğələdən sonra nəticələri araşdır. Bunun üçün əşyaların ümumi sayını qeydə al. Hər düzgün müşahidəni "+1" bal kimi , hər yanlış müşahidəni "-1" bal kimi hesabla. Sonra balları topla və əşyaların ümumi sayına böl. Beləliklə, məşğələlərin nəticəsini çıxara biləcəksən.
Siseronun metodu Siseronun metodu müxtəlif materialların yadda saxnalılması üçün ən effektiv üsullardan biridir.
Bu metoddan qədim dövrlərdən bəri istifadə etməyə başlamışdılar. XIII əsrdə bu metodun vasitəsilə dominikan-rahiblər natiqlik sənətini öyrənirdilər. Rahiblər konkret yolu "seçib", onu təxəyyüllərində "keçirdilər" və "keçdikləri" həmin yol boyunca nitqləri üçün hazırladıqları fikirləri, sözləri "səpələyirdilər". Çıxış zamanı isə həmin yolu bir daha xəyalən keçir, "qoyduqları" fikirləri, sözləri "görüb qaldırırdılar".
Sən də həmin metoddan istifadə edə bilərsən. Əvvəlcə lazımi informasiyanı yadda saxlamaqda sənə kömək edəcək şərti "yolu" seç - bu, hər hansı bir küçə, hər gün evə gələndə keçdiyin yol, hətta bir otaqdan digərinə aparan koridor da ola bilər. Belə bir situasiyanı fərz edək - anan səni ərzaq dalınca mağazaya göndərir. Bunun üçün dayanacaqdan mağazaya qədər yol getməlisən. Yadına sal - həmin yolda diqqəti cəlb edən nələr var. İndi isə həmin yadda qalan yerdərdə ev üçün alınacaq ərzaqları "yerləşdir". Məsələn, dayanacaqda yağ qutusunu "qoy", yolda rastlaşdığın hündür ağacın budaqlarından alma "as", təsəvvür et ki, balkonun altında dayanan köhnə maşının içinə makaron tökülüb və s. Beləliklə, mağazaya çatanda, sadəcə olaraq keçdiyin yolu gözünün önünə gətirmək kifayətdir - hər nə almalısansa, dərhal yadına düşəcək.
Lakin aşağıdakıları unutma: obrazlar yaxşı yadda qalan yerlərdə "qoyulmalıdır"; kiçik obrazlar həcmdə böyüdülür, irihəcmli obrazlar isə əksinə kiçildilir; assotiativ bağlantı aydın, qeyri-adi və dinamik olmalıdır
| Azərbaycan Dövlət İqtisad Universiteti |  |  | | |
Yaradılma tarixi Azərbaycan Dövlət İqtisad Universiteti müstəqil ali məktəb kimi 1930-cu ildə Bakı Dövlət Darülfununun iqtisad fakültəsinin bazası əsasında K.Marks adına Azərbaycan Dövlət Sosial-İqtisad İnstitutu adı ilə təsis edilmiş, ayrı-ayrı dövrlərdə müxtəlif adlar daşımışdır. 1990-cı ildən indiyə qədər Azərbaycan Dövlət İqtisad Universiteti kimi fəaliyyət göstərir.
Xarici ölkələrlə əməkdaşlıq İnstitutun Dağıstan Respublikasının Dərbənd şəhərində filialı var.Tasis" proqramı çərçivəsində Amsterdam Universitetinin köməyi ilə institutda "Biznesin inzibatçılığı" ixtisası üzrə magistratura yaradılmışdır. "Tempus" proqramında iştirak etmək məqsədilə institutun Almaniyanın Bonn Universiteti, Fransanın Klermon-Ferrand və Tulsuz universitetləri, İspaniyanın Valens Universiteti, Avstriyanın Höteborq Universiteti ilə yaradılmış əlaqələri inkişaf etməkdədir.
Müəllim heyəti Tələbələrin təlim-tərbiyəsi və elmi-tədqiqat işləri ilə 450 nəfərdən ibarət professor-müəllim heyəti məşğul olur. Onların arasında 50 elmlər doktoru, professor, 260 elmlər namizədi, dosent, o cümlədən ABŞ-ın Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü; Azərbaycan EA-nın müxbir üzvü; dövlət mükafatı laureatı; əməkdar ali məktəb işçisi; əməkdar elm xadimi, əməkdar iqtisadçı və digər yüksək fəxri adlara layiq görülmüş alimlər vardır.
Tələbə heyəti Fəaliyyət göstərdiyi 70 ilə yaxın müddət ərzində institut iqtisad yönümlü ixtisaslar üzrə 50 mindən çox mütəxəssis hazırlamışdır. İnstitutda Türkiyə, İran, Suriya, İndoneziya, Əfqanıstan, Rusiya və digər ölkələrdən tələbələr və aspirantlar təhsil alır. Eyni zamanda universitetin tələbə, magistrant və aspirantları xarici dövlətlərdə təhsillərini davam etdirirlər.
Tədris prosesi haqqında Universitetdə bakalavr hazırlığı üçün 4 il, magistr hazırlığı üçün 2 il vaxt norması nəzərdə tutulmuşdur. Təhsil ödənişli və ödənişsiz əsaslardadı. Burada əyani və qiyabi şöbələr fəaliyyət göstərir.
Tələbələr üçün yaradılan şərait Azərbaycan Dövlət İqtisad İnstitutu zəngin maddi-texniki bazaya malikdir. Təlim - tərbiyə işi üç tədris binasında aparılır. Burada 5 tədris-metodiki laboratoriya, müxtəlif dillərdə (Azərbaycan, rus, ingilis, fransız, alman,ispan) tədris-metodiki və elmi kitablar fonduna malik əsaslı kitabxana və oxu zalı, sosioloji, elmi-tədqiqat və proqnozlaşdırma laboratoriyası, idman zalı, tibb məntəqəsi, müasir kompüterlərlə təchiz edilmiş 4 kompüter zalı və beynəlxalq rabitə sisteminə (İnternetə) çıxış, texniki vasitələrdən istifadə laboratoriyası, nəşriyyat və mətbəə, muzey, klub tələbələrin ixtiyarına verilmişdir. Quba rayonunun Nügədi kəndində istirahət-sağlamlıq düşərgəsi fəaliyyət göstərir. İnstitutda respublika əhəmiyyətli "İqtisad elmləri: nəzəriyyə və praktika" adlı jurnal nəşr edilir. "İqtisadçı" adlı çoxtirajlı qəzet özünün dolğun məzmunu ilə institutun professor-müəllim və tələbə kollektivinin böyük rəğbətini qazanmışdır. İnstitutda tədris prosesinin müasir standartlara uyğun aparılması üçün zəruri şərait yaradılmasına, tələbə elmi cəmiyəti xətti ilə tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsinə, elmi konfranslarda və seminarlarda fəal iştirak etməsinə, elmi və dövri mətbuat orqanlarında maraqlı məqalələrlə çıxış etməsinə xüsusi diqqət yetirilir.
Əlaqə Ünvan: Bakı, 370001, İstiqlaliyyət küçəsi, 6 Telefon: 92-59-40 Faks: 994 12 92-59-40
|
AMAL Ziyalı Herekatı bele hesab edir ki, hazırda ictimaiyyete teqdim olunan tehsil haqqında qanun layihesinin bu şekilde qebulu milli tehsil, telim ve terbiye sistemimizin müasir teleblerine cavab vermir. davaminda daha etrafli
Davamı...
Yazılar cəmi: 5
|
|
BU BLOG TEHSILLE BAGLIDIR 55 sayli orta mekteb haqqinda ve daha basqa
Zauri.azeriblog.com eylence dolu bir dost sayt
- İndi blogda: 5
- Keçən ayın hiti: 1156
- Dünənki hit: 16
- Bugünki hit: 31
- Ümumi hit: 6521
qısa-testlər
| | Uğur və ya uğursuzluq? Çox tanış bir situasiyanı yadınıza salın - kimsə öz bəxtindən şikayət edir. Doğrudan da, bəzən bizə elə gəlir ki, həyatda heç bir şey özümüzdən asılı deyil. Biz qismətimizdən, talemizdən giley-güzar edir, elə düşünürük ki, "uğur qazanmaq üçün adamın gərək bəxti olsun".
Lakin inanın ki, bu heç də düşündüyünüz kimi deyil. Çox şey öz əlinizdədir.
Hər bir insanın daxili "anteni" var. Bu "anten", yalnız onun özündən asılı olaraq, uğura və ya, əksinə, uğursuzluğa köklənir. Uğura motivasiya hər bir insana öz gücünə inam verir. Şübhəsiz ki, belə insanlar, qəti qərarlar qəbul edə bilir, çətin vəziyyətdə özünü itirmir və istədiklərinə asanlıqla nail ola bilirlər.
Öz uğurlarına inanmayan insanlar isə, əksinə, hər bir işdə tərəddüd edir, digərlərin gözündə də etibarsız görünür və bununla da hər hansı başladığı bir işdə müvəffəqiyyət qazanmaq şanslarını sıfra endirirlər.
Məhz bunun üçün aşağıda təqdim etdiyimiz materialı diqqətlə oxuyub, məsləhətlərimizdən faydalana bilərsiniz. |
maraqlı məlumat
| Əlbəttə, hər bir insan yaxşı başa düşür ki, düzgün peşə yönümü, yəni professional istiqamətlənmə, istənilən işdə yüksək nəticələr qazanıb, beləliklə də həyatda öz yerini tutmaq üçün həlledici rol oynayır. Lakin bəzən bir çox insan ürəyinə yatmayan, meyli olmayan və ya qabiliyyəti çatmayan peşə seçib, həmin işlə məşğul olduqda istədiyi nəticələr əldə edə bilmir.
Belə insanlar, öz peşə yönümünü müəyyənləşdirə bilməyib, həyat boyu bunun neqativ nəticəsini hiss edirlər.
Təbiət bizim hər birimizə bu və ya digər dərəcədə individual keyfiyyətlər bəxş edib. Həmin keyfiyyətlərlə bağlı olaraq, bəziləri insanlara xidmət göstərməyi, bəziləri texnika ilə işləməyi sevir, kimsə zehni, kimsə fiziki işlə məşğul olmağa üstünlük verir, digərləri isə şəkil çəkməyi və ya heyvanlara qulluq etməyi xoşlayır və s.
Məsələn, siz rəsmə çox böyük həvəs göstərir və bu işdə gözəgörünən uğurlar əldə edə bilirsiniz. Lakin müəyyən səbəblərə görə həmin istedadı özünüzdə inkişaf etdirmir, əvəzində isə təbiətinizə zidd olan bir peşə seçirsiniz – məsələn, baytarlıq və s. İnanın ki, təsadüfi seçdiyiniz bu sahədə heç vaxt önəmli uğurlar əldə etməyib, layiqli yer tuta bilməyəcəksiniz - əksinə, kiminsə yerini tutmuş olacaqsınız.
Lakin əgər dərk etsəniz ki, həmin qabiliyyəti özünüzdə inkişaf etdirməlisiniz və bunu dərk edib düzgün peşə yönümü alsanız, kim bilir - bəlkə də, dünyaşöhrətli tanınmış rəssam olacaqsınız.
Beləliklə, hər bir insan, ən əsası, nəyə meylli və qadir olduğunu aşkar edib, özündə həmin keyfiyyətləri inkişaf etdirməlidir.
Diqqətinizə təqdim etdiyimiz testlər bu işdə sizə kömək edir, beləliklə də, gələcək ixtisasınızı seçməkdə, özünüzə ən münasib, ən optimal olan peşə yönümünü müəyyənləşdirməkdə yardımçı olacaq. |
|