Reklam verin!
     
 

55 sayli orta mekteb

10A

Tələbə qəbulunun yeni qaydaları təsdiqlənib

Tələbə qəbulunun yeni qaydaları təsdiqlənib
Bu ildən abituriyentlər ali və orta ixtisas məktəblərinə elektron yolla ərizə verə biləcəklər
Davamı...
Zaur     Fevral 21, 2008 23:42
Şərhlər(1)    113 oxunma
Təhsil    

  Yazılar cəmi: 1   
Zaur
BU BLOG TEHSILLE BAGLIDIR 55 sayli orta mekteb haqqinda ve daha basqa
Siz hansi mektebin sagirdisiniz?




Zauri.azeriblog.com

eylence dolu bir dost sayt

  • İndi blogda: 5
  • Keçən ayın hiti: 1156
  • Dünənki hit: 16
  • Bugünki hit: 32
  • Ümumi hit: 6522
qısa-testlər

Uğur və ya uğursuzluq?

 

Çox tanış bir situasiyanı yadınıza salın - kimsə öz bəxtindən şikayət edir. Doğrudan da, bəzən bizə elə gəlir ki, həyatda heç bir şey özümüzdən asılı deyil. Biz qismətimizdən, talemizdən giley-güzar edir, elə düşünürük ki, "uğur qazanmaq üçün adamın gərək bəxti olsun".

Lakin inanın ki, bu heç də düşündüyünüz kimi deyil. Çox şey öz əlinizdədir.

Hər bir insanın daxili "anteni" var. Bu "anten", yalnız onun özündən asılı olaraq, uğura və ya, əksinə, uğursuzluğa köklənir. Uğura motivasiya hər bir insana öz gücünə inam verir. Şübhəsiz ki, belə insanlar, qəti qərarlar qəbul edə bilir, çətin vəziyyətdə özünü itirmir və istədiklərinə asanlıqla nail ola bilirlər.

Öz uğurlarına inanmayan insanlar isə, əksinə, hər bir işdə tərəddüd edir, digərlərin gözündə də etibarsız görünür və bununla da hər hansı başladığı bir işdə müvəffəqiyyət qazanmaq şanslarını sıfra endirirlər.

Məhz bunun üçün aşağıda təqdim etdiyimiz materialı diqqətlə oxuyub, məsləhətlərimizdən faydalana bilərsiniz.
maraqlı məlumat

Əlbəttə, hər bir insan yaxşı başa düşür ki, düzgün peşə yönümü, yəni professional istiqamətlənmə, istənilən işdə yüksək nəticələr qazanıb, beləliklə də həyatda öz yerini tutmaq üçün həlledici rol oynayır. Lakin bəzən bir çox insan ürəyinə yatmayan, meyli olmayan və ya qabiliyyəti çatmayan peşə seçib, həmin işlə məşğul olduqda istədiyi nəticələr əldə edə bilmir.

Belə insanlar, öz peşə yönümünü müəyyənləşdirə bilməyib, həyat boyu bunun neqativ nəticəsini hiss edirlər.

Təbiət bizim hər birimizə bu və ya digər dərəcədə individual keyfiyyətlər bəxş edib. Həmin keyfiyyətlərlə bağlı olaraq, bəziləri insanlara xidmət göstərməyi, bəziləri texnika ilə işləməyi sevir, kimsə zehni, kimsə fiziki işlə məşğul olmağa üstünlük verir, digərləri isə şəkil çəkməyi və ya heyvanlara qulluq etməyi xoşlayır və s.

Məsələn, siz rəsmə çox böyük həvəs göstərir və bu işdə gözəgörünən uğurlar əldə edə bilirsiniz. Lakin müəyyən səbəblərə görə həmin istedadı özünüzdə inkişaf etdirmir, əvəzində isə təbiətinizə zidd olan bir peşə seçirsiniz – məsələn, baytarlıq və s. İnanın ki, təsadüfi seçdiyiniz bu sahədə heç vaxt önəmli uğurlar əldə etməyib, layiqli yer tuta bilməyəcəksiniz - əksinə, kiminsə yerini tutmuş olacaqsınız.

Lakin əgər dərk etsəniz ki, həmin qabiliyyəti özünüzdə inkişaf etdirməlisiniz və bunu dərk edib düzgün peşə yönümü alsanız, kim bilir - bəlkə də, dünyaşöhrətli tanınmış rəssam olacaqsınız.

Beləliklə, hər bir insan, ən əsası, nəyə meylli və qadir olduğunu aşkar edib, özündə həmin keyfiyyətləri inkişaf etdirməlidir.

Diqqətinizə təqdim etdiyimiz testlər bu işdə sizə kömək edir, beləliklə də, gələcək ixtisasınızı seçməkdə, özünüzə ən münasib, ən optimal olan peşə yönümünü müəyyənləşdirməkdə yardımçı olacaq.


  © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com