Reklam verin!
     
 

55 sayli orta mekteb

10A

Azərbaycan Dövlət İqtisad Universiteti

Azərbaycan Dövlət İqtisad Universiteti
  

Yaradılma tarixi
Azərbaycan Dövlət İqtisad Universiteti müstəqil ali məktəb kimi 1930-cu ildə Bakı Dövlət Darülfununun iqtisad fakültəsinin bazası əsasında K.Marks adına Azərbaycan Dövlət Sosial-İqtisad İnstitutu adı ilə təsis edilmiş, ayrı-ayrı dövrlərdə müxtəlif adlar daşımışdır. 1990-cı ildən indiyə qədər Azərbaycan Dövlət İqtisad Universiteti kimi fəaliyyət göstərir.

Xarici ölkələrlə əməkdaşlıq
İnstitutun Dağıstan Respublikasının Dərbənd şəhərində filialı var.Tasis" proqramı çərçivəsində Amsterdam Universitetinin köməyi ilə institutda "Biznesin inzibatçılığı" ixtisası üzrə magistratura yaradılmışdır. "Tempus" proqramında iştirak etmək məqsədilə institutun Almaniyanın Bonn Universiteti, Fransanın Klermon-Ferrand və Tulsuz universitetləri, İspaniyanın Valens Universiteti, Avstriyanın Höteborq Universiteti ilə yaradılmış əlaqələri inkişaf etməkdədir.

Müəllim heyəti
Tələbələrin təlim-tərbiyəsi və elmi-tədqiqat işləri ilə 450 nəfərdən ibarət professor-müəllim heyəti məşğul olur. Onların arasında 50 elmlər doktoru, professor, 260 elmlər namizədi, dosent, o cümlədən ABŞ-ın Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü; Azərbaycan EA-nın müxbir üzvü; dövlət mükafatı laureatı; əməkdar ali məktəb işçisi; əməkdar elm xadimi, əməkdar iqtisadçı və digər yüksək fəxri adlara layiq görülmüş alimlər vardır.

Tələbə heyəti
Fəaliyyət göstərdiyi 70 ilə yaxın müddət ərzində institut iqtisad yönümlü ixtisaslar üzrə 50 mindən çox mütəxəssis hazırlamışdır. İnstitutda Türkiyə, İran, Suriya, İndoneziya, Əfqanıstan, Rusiya və digər ölkələrdən tələbələr və aspirantlar təhsil alır. Eyni zamanda universitetin tələbə, magistrant və aspirantları xarici dövlətlərdə təhsillərini davam etdirirlər.

Tədris prosesi haqqında
Universitetdə bakalavr hazırlığı üçün 4 il, magistr hazırlığı üçün 2 il vaxt norması nəzərdə tutulmuşdur. Təhsil ödənişli və ödənişsiz əsaslardadı. Burada əyani və qiyabi şöbələr fəaliyyət göstərir.

Tələbələr üçün yaradılan şərait
Azərbaycan Dövlət İqtisad İnstitutu zəngin maddi-texniki bazaya malikdir. Təlim - tərbiyə işi üç tədris binasında aparılır. Burada 5 tədris-metodiki laboratoriya, müxtəlif dillərdə (Azərbaycan, rus, ingilis, fransız, alman,ispan) tədris-metodiki və elmi kitablar fonduna malik əsaslı kitabxana və oxu zalı, sosioloji, elmi-tədqiqat və proqnozlaşdırma laboratoriyası, idman zalı, tibb məntəqəsi, müasir kompüterlərlə təchiz edilmiş 4 kompüter zalı və beynəlxalq rabitə sisteminə (İnternetə) çıxış, texniki vasitələrdən istifadə laboratoriyası, nəşriyyat və mətbəə, muzey, klub tələbələrin ixtiyarına verilmişdir. Quba rayonunun Nügədi kəndində istirahət-sağlamlıq düşərgəsi fəaliyyət göstərir. İnstitutda respublika əhəmiyyətli "İqtisad elmləri: nəzəriyyə və praktika" adlı jurnal nəşr edilir. "İqtisadçı" adlı çoxtirajlı qəzet özünün dolğun məzmunu ilə institutun professor-müəllim və tələbə kollektivinin böyük rəğbətini qazanmışdır. İnstitutda tədris prosesinin müasir standartlara uyğun aparılması üçün zəruri şərait yaradılmasına, tələbə elmi cəmiyəti xətti ilə tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsinə, elmi konfranslarda və seminarlarda fəal iştirak etməsinə, elmi və dövri mətbuat orqanlarında maraqlı məqalələrlə çıxış etməsinə xüsusi diqqət yetirilir.

Əlaqə
Ünvan: Bakı, 370001, İstiqlaliyyət küçəsi, 6
Telefon: 92-59-40
Faks: 994 12 92-59-40

Bookmark and Share
Zaur     Yanvar 23, 2008 23:49
Şərhlər(0)    82 oxunma
Təhsil    

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Zaur
BU BLOG TEHSILLE BAGLIDIR 55 sayli orta mekteb haqqinda ve daha basqa
Siz hansi mektebin sagirdisiniz?




  • İndi blogda: 5
  • Keçən ayın hiti: 1156
  • Dünənki hit: 16
  • Bugünki hit: 17
  • Ümumi hit: 6507

AddThis Feed Button
Add to Technorati Favorites


  © Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com